Şirkət əməkdaşının məhkəməsi başlayıb

Şirkət əməkdaşının məhkəməsi başlayıb
# 17 fevral 2014 08:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham olunan şirkət əməkdaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Ağayev Eldar Şamil oğlunun anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə fevralın 20-nə təyin edilib.

Qeyd edək ki, E. Ağayev “Veysəloğlu” MMC-nin satış üzrə təmsilçisi vəzifəsində işləyib. O, şirkətin xeyli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR