Mixail Saakaşvili: “İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi məni çox sevindirdi” - VİDEO

Mixail Saakaşvili: “İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi məni çox sevindirdi” - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2013 13:57 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qardabanidə azərbaycanlılarla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda öz sözünü deyən ən böyük və güclü dövlətdir: “Azərbaycan Gürcüstanın çiçəklənməsində və iqtisadiyyatının inkişafında ən önəmli rol oynayan qonşu, strateji tərəfdaş və qardaş ölkədir. Azərbaycan dövləti Gürcüstanın çətin vaxtlarında elə bir iş görüb ki, qardaş-qardaşa bunu etməyib. Bu, tarixi hadisə idi. Bunu unutmağa bizim haqqımız yoxdur və unuda bimərik”.

Mixail Saakaşvili İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsinə də münasibət bildirib: “İlham Əliyevin yenidən prezident seçilməsi məni çox sevindirdi. Onun qələbəsi Gürcüstanın inkişafı deməkdir”.

M. Saakaşvili Azərbaycanla birlikdə Gürcüstanın hələ bir çox vacib layihələr həyata keçirəcəyini vurğulayıb: “Biz Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələri vətəndaşlarımızın firavanlığı və sosial həyat şəraitinin yaxşılaşdırması, onların sülh şəraitində yaşaması üçün həyata keçiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR