23 illik fasilədən sonra Rusiya ilə Estoniya arasında sərhəd müqaviləsi imzalanıb - FOTO

23 illik fasilədən sonra Rusiya ilə Estoniya arasında sərhəd müqaviləsi imzalanıb - <span style="color: red;">FOTO
# 18 fevral 2014 16:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. 23 illik fasilədən sonra Rusiya ilə Estoniya arasında sərhəd müqaviləsi imzalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla estoniyalı həmkarı Urmas Paet arasında görüş keçirilib.

Görüş zamanı SSRİ-nin dağılmasından bu günə qədər iki ölkə arasında mübahisəli olan sərhəd məsələsində razılıq əldə olunub. Rusiya və Estoniya arasında imzalanan sərhəd müqaviləsinə görə, Narva Bay və Fin körfəzində dəniz sərhədləri müəyyənləşib və diplomatik mülkiyyətlə bağlı qarşılıqlı anlaşma əldə olunub. Moskva və Tallində olan səfirliklərin mülkiyyət haqları qarşılıqlı olaraq təhvil verilib.

Qeyd edək ki, iki ölkə arasında müqavilə 2005-ci ildə imzalanıb. Estoniya parlamenti müqaviləni ratifikasiya etsə də, Rusiya Federasiya Şurası sənədi rədd edib. Belə ki, Estoniyanın 1920-ci ildə SSRİ ilə Estoniya arasında imzalanan müqaviləyə istinad etməsi rəsmi Moskvanın narahatlığına səbəb olub.

Moskva-Tallin münasibətləri SSRİ-nin süqutundan sonra gərgin olaraq qalırdı. Bu günə kimi əhalisinin 25 faizini təşkil edən ruslara vətəndaşlıq və rus dilində təhsillə bağlı təzyiq edilməsi iddiası ilə Rusiya Estoniyanı sərt tənqid edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR