Altay Mehdiyevin oğlu Azərbaycanın Türkiyədəki hərbi attaşesinin köməkçisi vəzifəsindən geri çağırılıb

Altay Mehdiyevin oğlu Azərbaycanın Türkiyədəki hərbi attaşesinin köməkçisi vəzifəsindən geri çağırılıb
# 12 fevral 2014 09:05 (UTC +04:00)

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən V. Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.

Qeyd edək ki, V. Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur.

O, 2012-ci ildə Türkiyədə hərbi attaşenin köməkçisi təyin olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR