«Bank Respublika» öz «Facebook» istifadəçiləri üçün viktorina keçirir - FOTO

«Bank Respublika» öz «Facebook» istifadəçiləri üçün viktorina keçirir - <span style="color: red;">FOTO
# 21 fevral 2014 12:30 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank Respublika» ASC Novruz Bayramı ərəfəsində öz «Facebook» istifadəçilərini «Bahar viktorinası»nda iştirak etməyə dəvət edir.

Belə ki, bayram gününədək hər çərşənbə axşamı (25 fevral, 4, 11, 18 mart) «Facebook» istifadəçilərinə müxtəlif mövzularda 3 sual veriləcək. Suala hamıdan tez və doğru cavab yazan ilk 3 viktorina iştirakçıları qalib elan ediləcək və hər sual üzrə 3 qalib «MasterCard Standard» və 50 manat mükafat əldə edəcəklər.

Qaliblərin hər birinə balansında 50 manatlıq «MasterCard Standard» kartı və xüsusi bayram hədiyyələri təqdim olunacaq. Viktorinada iştirak etmək üçün Bankın «Facebook» səhifəsində aksiya barəsində dərc olunmuş statusa istifadəçinin «İştirak edəcəm» şərhinin yazması yetərlidir.

Aksiyanın şərtləri haqqında www.bankrespublika.az/uploads/FACEBOOK_Novruz.pdf linkindən daha ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR