Bakıda orta məktəbdə xilasetmə işləri ilə bağlı tədbir keçirilib - FOTO

Bakıda orta məktəbdə xilasetmə işləri ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 13:49 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektoru “İctimaiyyətinin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq Nizami rayonu 70 saylı orta məktəbdə tədbir keçirib.

Xüsusi Riskli Xilasetmə Xidməti İctimaiyyətlə Əlaqələr Sektorundan APA-ya verilən məlumata görə, fövqəladə hallar (hadisələr) zamanı və partlayıcı maddələr (şübhəli elementlər) aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda məktəbin pedaqoji kollektivinə müvafiq tövsiyələr verilib.

Yığıncaqda FNN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nazim Qasımov açaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin maarifləndirmə məqsədi ilə keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirmiş və Xidmətə məktəbin pedaqoji kollektivi adından öz təşəkkürünü bildirib.

Yığıncaqda fövqəladə hallar (hadisələr) zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi “112” Xidməti ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri həmçinin partlayıcı maddələrin (şübhəli elementlərin ) aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilib. Xidmətin, Nazirlik tərəfindən bütün lazımi texniki avadanlıqlarla təchiz olunduğunu və MDB ölkələri arasında ilk dəfə olaraq bu cür avadanlıqlardan respublikada istifadə olunduğu xüsusilə vurğulanıb.

Yığıncağın sonunda məktəblilərin baş vermiş və ya baş verə biləcək hadisə barədə “112” Xidmətinə müraciətləri insan həyatının xilas olunması istiqamətində bir vətəndaş kimi vəzifələrinin nə qədər böyük olması haqqında tövsiyələr verilmiş eyni zamanda iştirakçılara Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilib.

İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən yığıncaqda Xidmətin fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar müəllim və şagirdlərin böyük marağına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR