Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
# 22 oktyabr 2013 08:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi səlahiyyətlərini icra edən general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə APA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 16-sı saat 10:00-da SHÇDX-nin Sumqayıt şəhər İdarəsinin inzibati binasında (Sumqayıt şəhəri, 4 mkr.C.Cabbarlı küç. 4) keçiriləcək qəbulda Sumqayıt şəhər və Abşeron rayon sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşlar noyabrın 15-dək SHÇDX-nin Sumqayıt şəhər İdarəsinə və Abşeron rayon şöbəsinə müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR