Çaylardakı mövcud vəziyyət açıqlanıb

Çaylardakı mövcud vəziyyət açıqlanıb
# 06 iyun 2014 16:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə ongünlük normanın 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 436 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 3, Salyanda 7, Bankədə 4 sm azalma, lakin Surrada 26, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR