Mahmud Əhmədinejad: “Dünyanın gələcəyini yalnız mədəniyyətlər yaradacaq”

Mahmud Əhmədinejad: “Dünyanın gələcəyini yalnız mədəniyyətlər yaradacaq”
# 09 may 2013 08:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Dünyanın gələcəyini nüvə silahı, raketlər və müharibə deyil, yalnız mədəniyyətlər yaradacaq”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, öz iqtisadi problemlərini həll etmək və xalqların təbii sərvətlərini istismar etmək üçün müharibə çıxarmaq istəyənlərin sayı heç yüz nəfər deyildi: “Ancaq iki dünya müharibəsi nəticəsində 70 milyondan çox insanı qətlə yetirdilər. Ona görə də bu gün İran dünyada sülh və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır”.

M.Əhmədinejad deyib ki, İran xalqı düşmənlərin və supergüclərin sanksiyalarına boyun əyməyəcək: “İran xalqı sanksiyalar səbəbindən yaşadığı bəzi problemləri qısa müddətdə geridə buraxacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR