İsveçrə hökuməti Viktor Yanukoviç, onun oğlu və ətrafına aid bank aktivlərini dondurub

İsveçrə hökuməti Viktor Yanukoviç, onun oğlu və ətrafına aid bank aktivlərini dondurub
# 28 fevral 2014 14:53 (UTC +04:00)

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, İsveçrə Federal Şurasının (hökumət) V.Yanukoviç və ətrafının ölkədə ola biləcək bütün aktivlərinin dondurulması barədə qərarı qüvvəyə minib. “Bu qərarı verərkən Federal Şura Ukrayna dövlət aktivlərinin qanunsuz mənimsənilməsi ilə bağlı istənilən riskdən qaçmaq istəyir”, - deyə rəsmi açıqlamada bildirilir.

Federal Şura Yanukoviç və ətrafına məxsus istənilən əmlakın satışına da qadağa qoyub. Əgər təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Ukrayna dövlətinə qaytarmağa hazır olduğunu açıqlayıb. İsveçrə tərəfi bu məsələdə Ukrayna ilə sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, daha əvvəl İsveçrə tərəfindən 20 Ukrayna vətəndaşının bank hesablarının dondurulması barədə məlumat yayılmışdı. Avstriya dövləti isə öz növbəsində 18 Ukrayna vətəndaşının ölkədəki bank hesablarını dondurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR