İran İraqla sərhədini bağlayıb

İran İraqla sərhədini bağlayıb
# 14 noyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran-İraq sərhədindəki Mehran sərhəd-keçid məntəqəsi bağlanılıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Mehran Şəhər İcra Hakimiyyətinin başçısı Höccətullah Nəsiripur bildirib.

Onun sözlərinə görə, Mehran sərhəd-keçid məntəqəsi noyabrın 13-dən etibarən Məhərrəm ayının Tasua və Aşura günləri münasibətilə müvəqqəti bağlanıb.

H.Nəsirpur deyib ki, Mehran sərhəd-keçid məntəqəsi gələn cümə gününə kimi bağlı olacaq və heç bir ticarət mübadiləsi aparılmayacaq: “Mehran sərhəd-keçid məntəqəsi İraq rəsmilərinin razılığı ilə müvəqqəti fəaliyyəti dayandırılıb. Gələn şənbə günündən etibarən iki ölkə arasında ticarət əlaqələri yenidən qurulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR