Həbsdəki həyat yoldaşına narkotik vasitə ötürmək istəyən qadın saxlanılıb

Həbsdəki həyat yoldaşına narkotik vasitə ötürmək istəyən qadın saxlanılıb
# 11 fevral 2014 09:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən 1983-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Anar Teymur oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü, Balakən rayon sakini Hüseynova Məftunə Əsildar qızının gətirdiyi sovqata baxış keçirilib. Bu vaxt 2 litrlik plastik su qabında yerləşdirilmiş gilənar mürəbbəsinin içərisindən 20 ədəd sellofan bükülüdə xalis çəkisi 29,231 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR