Şabranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Şabranda baş verən qəzada 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 may 2014 08:30 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bu gün gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 32 yaşlı Şabran rayon sakini Taleh Zülfüqarovun idarə etdiyi “Opel” markalı avtomobil idarəetməni itirərək magistralın ortasındakı dəmir məhəccərə çırpılıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi də idarəetməni itirib maneəyə çırpılıb. Nəticədə “Opel”-in sürücüsü və onun sərnişinləri - Şabran rayon sakinləri 31 yaşlı Emin Dadaşov, həmçinin 27 yaşlı Sədiyar Yolçuyev müxtəlif dərəcəli xəsarətlər alaraq Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR