Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib
# 13 yanvar 2014 09:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı alim Təbriz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA Elmi İnnovasiya Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mərkəzinin direktoru, professor Təbriz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib.

Qeyd edək ki, T. Əliyev 2010-cu ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. O, Beynəlxalq Ekoenergetika Akademiyası və Beynəlxalq İnformasiya Akademiyasının akademikidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR