Bu gün İsrail parlamenti ölkənin yeni prezidentini seçəcək

Bu gün İsrail parlamenti ölkənin yeni prezidentini seçəcək
# 09 iyun 2014 23:17 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, seçkinin favoriti 74 yaşlı Reuven Rivlindir.

O, vaxtilə iki dəfə İsrail Knessetinin spikeri seçilib və rabitə naziri vəzifəsində çalışıb. Rivlinin əsas rəqibləri digər eks-spiker Daliya İtzik və karyerası ərzində maliyyə, ədliyyə və daxili işlər nazirlikləri daxil olmaqla, yeddi nazirliyə başçılıq etmiş Meir Şitrit olacaq.

Eyni zamanda, prezident seçilmək üçün təqaüdçü hakim Dalia Dorner və kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman öz namizədliyini irəli sürüb.

Qeyd edək ki, prezident Knesset tərəfindən 7 illik müddətə seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR