Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 29 saylı Səbail Dairə Seçki Komissiyasının 2 saylı seçki məntəqəsində seçki prosesini ICAPP-ın (Beynəlxalq Asiya Siyasi Partiyaları Təşkilatı) 7 nəfərdən ibarət beynəlxalq müşahidəçilər izləyir.
APA-nın Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi xəbərə görə, ICAPP-ın nümayəndə heyətinin rəhbəri Jose De Venesiya açıqlamasında bildirib ki, Azərbaycanda seçkilər çox sakit və demokratik şəkildə həyata keçirilir: "Seçki prosesində bizi narahat edən heç bir məqam yoxdur. Hələlik hər şey demokratik və sakit qaydada davam edir".