Ukraynada Rusiya ordusunun kəşfiyyat qrupu saxlanılıb

Ukraynada Rusiya ordusunun kəşfiyyat qrupu saxlanılıb
# 12 mart 2014 10:43 (UTC +04:00)

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdə bildirilir.

Kəşfiyyat qrupunun məqsədi Xerson vilayətində yerləşən Ukrayna ordusunun hərbi birləşmələri ilə bağlı məlumatların toplanılması olub. Məlum olub ki, qrupa Rusiya Silahlı Qüvvələri hərbi kəşfiyyatının zabiti rəhbərlik edib. O, saxta Ukrayna pasportundan istifadə edirdi.

Saxlanıldıqdan sonra həmin şəxs kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğul olduğunu etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR