Masallıda 3 yaşlı qız çayda boğulub - VİDEO

Masallıda 3 yaşlı qız çayda boğulub - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 10:41 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Masalı rayonunun Abbasbəyli kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü Zəhra Əli qızı Qasımzadə Viləş çayının evlərinin yaxınlığından keçən qoluna düşüb. Hadisə şahidlərinin məlumatına görə, 3 yaşlı Zəhra bacı-qardaşları ilə oynayan zaman ayağı sürüşüb və çaya yıxılıb. Bu zaman onun 2008-ci il təvəllüdlü qardaşı Hüseyn Zəhranı tutmaq üçün özünü çaya atıb.

Əli Qasımzadənin evində qonaq olan şəxs Hüseyni çaydan çıxara bilib. Bir qədər sonra sudan çıxarılan 3 yaşlı uşağın isə öldüyü məlum olub.

Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR