Bakı. Ramiz Mikayıloğlu - APA. İyulun 1-i baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Nazirlər Kabinetində qəbul günüdür.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin qəbul Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula yazılma həmin gün saat 9.00-dan 10.00-dək Yasamal Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10.00-da başlayacaq.