Məhkumdan narkotik vasitə götürülüb

Məhkumdan narkotik vasitə götürülüb
# 30 dekabr 2013 15:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsinin və 1 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən 1961-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.2; 181.2.4; 181.2.5; 326.1; 66.3 və 66.5 maddələri ilə təqsirli bilinərək 11 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Eldar Aslan oğlu Rəhimovun üzərinə baxış keçirilib. Bu zaman əynindəki şalvarının cibində “West” siqaret qutusunun içərisində gizlədilmiş 1 ədəd şüşə qaba qoyulmuş tünd qəhvəyi rəngdə “tiryək” və 1 ədəd tibbi şpris aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR