Xuliqanlıqda ittiham olunan məhkum adının “siyasi məhbus” siyahısına salınmasına etiraz edib - FOTO

Xuliqanlıqda ittiham olunan məhkum adının “siyasi məhbus” siyahısına salınmasına etiraz edib - <span style="color: red;">FOTO
# 08 oktyabr 2013 10:54 (UTC +04:00)

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətdə məhkum İ. Ələkbərov Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 29.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində olan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və hal-hazırda Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirərək, 03.10.2013-cü il tarixdə www.musavat.com saytında dərc olunmuş İnsan Hüquqları Klubunun 142 nəfərlik “siyasi məhbus” siyahısına adının salınmasına qəti etirazını bildirib: “Mən özümü siyasi məhbus saymıram və məqalənin mənə aid olan hissəsindən razı deyiləm. Mənim Azərbaycan Respublikasının dövlətçiliyinə qarşı heç bir narazılığım yoxdur. Dövlətin apardığı siyasəti dəstəkləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR