Ketrin Eştonun İrana səfər proqramı açıqlanıb

Ketrin Eştonun İrana səfər proqramı açıqlanıb
# 07 mart 2014 14:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyi (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin İrana səfər proqramı açıqlanıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin Avropa və Amerika region üzrə müavini Məcid Təxti Rəvançı bildirib ki, Ketrin Eşton sabah axşam saatlarında Tehrana gələcək.

Onun sözlərinə görə, AB rəsmisi martın 9-da günorta saatlarında işgüzar naharda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək. K.Eşton həmçinin İran prezidenti Həsən Ruhani və ölkə parlamentinin sədri Əli Laricani ilə də bir araya gələcək: “AB rəsmisi İran rəsmiləri ilə görüşlərini bitirdikdən sonra martın 10-da İsfahan şəhərinə gedəcək və burada tarixi, maddi-mədəniyyət abidələrini ziyarət edəcək. K.Eştonun İran rəsmiləri ilə keçirəcəyi görüşlərdə rəsmi Tehranla AB arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq. Təbii ki, görüşlərdə nüvə məsələsi ilə bağlı da fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, K.Eştonu bu səfərdə müavini Helqa Şmidt və sözçüsü Maykl Mann müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR