Azərbaycanda çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır

Azərbaycanda çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır
# 23 iyun 2014 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda V-VII təsnifat üzrə çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, komissiya tərəfindən dövlət qulluqçularının V-VII təsnifatına aid olan qulluqçuların reyestri aparılır.


65 yaşına çatan dövlət qulluqçuları ilə bağlı vəziyyətə də aydınlıq gətirən komissiya sədri qeyd edib ki, onlarla bağlı 2 il öncə tədqiqat aparılıb: “O zaman bizdə 300-ə yaxın dövlət qulluqçusu vardı. Həmin şəxslərlə qanunvericiliyə uyğun olaraq iş aparılıb. Dövlət qulluqçusunun 65 yaşa çatması onun dövlət qulluğuna xitam verilməsi deməkdir. Amma dövlət orqanı rəhbərinin hüququ var ki, çox dəyərli bir kadr, mütəxəssislərlə əlavə 1 illik əmək müqaviləsi bağlasın. Sonra həmin müqaviləni 1 il də uzada bilər. Bu proses də hazırda dövlət orqanlarının əksəriyyətində tətbiq edilir”.


B.Xəlilov gənclərin dövlət qulluğuna marağının ildən-ilə artdığını qeyd edib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olan şəxslərin 80%-ni məhz gənclər təşkil edir: “Bu gün ölkədə dövlət qulluğu sahəsi üzrə ən çox ehtiyac informasiya texnologiyaları ixtisasları, hüquqşünas və iqtisadçılaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR