Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni direktor təyin olunub

Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni direktor təyin olunub
# 17 iyun 2014 10:28 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni direktor təyin olunub.

APA-nın cənub bürosunun məlumatına görə, həmin vəzifəyə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri vəzifəsində çalışan Maarif Bayramov təyinat alıb.

Qeyd edək ki, M.Bayramov uzun illər DSMF-nin Astara və Lənkəran rayon şöbələrinə rəhbərlik edib. Fondun Lənkəran rayon şöbəsinin müdiri vəzifəsinə isə hələlik heç kim təyin olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR