Azərbaycanın neft sektorunda istehsal 1,3% artıb

Azərbaycanın neft sektorunda istehsal 1,3% artıb
# 11 dekabr 2013 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın sənaye sahələrində 30,8 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında sənayenin qeyri-neft sektorunda 3,2%-lik, neft sektorunda isə 1,3%-lik artım müşahidə olunub.

İstehsalın ¾ hissəsi mədənçıxarma, 20,1%-i emal, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Hesabat dövründə 39,5 mln. ton neft, 16,2 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatları, ayaqqabı, poliqrafiya, kimya, əczaçılıq, tikinti materialları, maşın və avadanlıq, avtomobil və qoşqular, sair nəqliyyat vasitələri və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR