Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 27 iyun 2014 14:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə ongünlük normanın 70 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyunun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 100 m3/s və ongünlük normanın 25 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 138 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

İyunun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 1, Salyanda 7, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyəsində 4 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 305 sm, Şirvanda 158 sm, Salyanda 84 sm, Bankədə 200 sm, Araz çayının Novruzlu məntəqəsində isə 41 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR