Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri: “İrana qarşı yeni sanksiyaların tətbiqinə ehtiyac duyulmur”

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri: “İrana qarşı yeni sanksiyaların tətbiqinə ehtiyac duyulmur”
# 12 fevral 2014 13:29 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İndiki vəziyyətdə mövcud sanksiyaların ağırlığını nəzərə alaraq İrana qarşı yeni sanksiyaların tətbiqinə ehtiyac duyulmur”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Ceyms Klepper Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İrana qarşı yeni sanksiyaların tətbiqi rəsmi Tehranla “altılıq” ölkələri arasında davam etdirilən nüvə danışıqlarına mənfi təsir göstərə bilər: “İranlıların ABŞ hökumətinin fəaliyyətindən xəbərdar olduğunu unutmamağımız vacibdir. Ona görə də hazırda İrana qarşı daha çox sanksiyaların tətbiqinə ehtiyac yoxdur. İranın ali dini lideri və prezidenti də uzun illərdir bir-birilərini tanıyırlar və əvvəllər də birlikdə işləyiblər. Ona görə də biz ayətullah Xamneyinin Həsən Ruhaniyə inandığını və etimad göstərdiyini hesab edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR