«Dəmirbank» ad günü olanlara güzəştli kredit təklif edir

«Dəmirbank» ad günü olanlara güzəştli kredit təklif edir
# 12 fevral 2014 09:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC ad günündən 15 gün əvvəl və ya 15 gün sonra istehlak kreditləri üçün müraciət edən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim edəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya bu ilin sonunadək davam edəcək.

Qeyd edək ki, aksiya ipoteka, avtomobil krediti, biznes krediti, təmir krediti, qızılla kredit, təhsil krediti, pul köçürmələri əsasında kreditlər istisna olmaqla, digər istehlak kreditlərinə şamil edilir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR