Azərbaycan florasının tədqiqi sahəsində Avropa ilə əlaqələr genişləndirilir

Azərbaycan florasının tədqiqi sahəsində Avropa ilə əlaqələr genişləndirilir
# 19 fevral 2014 08:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Şotlandiyalı ətraf mühit məsləhətçisi James Fenton Azərbaycanın zəngin florası ilə tanış olmaq məqsədilə Azərbaycana səfər edib.

AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən APA-ya verilən xəbərə görə, səfər zamanı o, institutun direktoru Validə Əlizadə və əməkdaşlarla görüşüb.

J.Fenton görüşdə institutda aparılan elmi tədqiqat istiqamətləri, son illərdə institutun çoxşaxəli beynəlxalq elmi əlaqələri, dünyanın müxtəlif aparıcı elmi təşkilatları ilə bağlanmış memorandumlar, müqavilələr və razılaşmalar əsasında həyata keçirilən müştərək layihələr haqqında geniş məlumat alıb.

J.Fenton Azərbaycan florası, nadir və nəsli kəsilməkdə olan bitki növləri, onların müasir statusu ilə dərindən maraqlanmış, bitki müxtəlifliyinin tədqiqi və saxlanması üçün İnstitutda aparılan yenidənqurma işləri, Herbari Fondu, laboratoriyalar, toxum kolleksiyası və yeni yaradılacaq muzeylə tanış olub. J.Fenton Botanika İnstitutunun geniş elmi potensialını, beynəlxalq təcrübəsini nəzərə alaraq zəngin Azərbaycan florasının tədqiqi istiqamətində Azərbaycan və Avropa arasında əlaqələrin genişləndirilməsi istiqamətində perspektivlər və mümkün əməkdaşlıqlar müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR