Əli Həsənov Abdullah Gülün Serj Sarkisyanı təbrik etməsinə münasibət bildirib

Əli Həsənov Abdullah Gülün Serj Sarkisyanı təbrik etməsinə münasibət bildirib
# 22 fevral 2013 14:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən Ermənistan prezidenti seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan bütün səviyyələrdə - istər parlament, istər ictimaiyyət, istərsə də mətbuat və QHT-lər səviyyəsində Ermənistanla təmaslara, işğalçı rejimin hər hansı formada dəstəklənməsinə bütövlükdə etiraz edir: “Bu, Azərbaycan xalqının, türk ictimaiyyətinin tələbidir. Sərhədlərin açılması ərəfəsində Azərbaycan və Türkiyə ictimaiyyəti öz hakimiyyətlərinə təzyiqlər göstərdilər və işğalçı rejim işğala son qoymayana qədər beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasına yolverilməzliyini bəyan etdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR