Tağı Əhmədov: ““Avtovağzal” və ““Memar Əcəmi-2” stansiyaları gələn il istifadəyə veriləcək”

Tağı Əhmədov: ““Avtovağzal” və ““Memar Əcəmi-2” stansiyaları gələn il istifadəyə veriləcək”
# 30 mart 2013 11:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib.

T. Əhmədov yeni stansiyalar tikilərkən ərazidəki obyektlərin köçürülməsi ilə bağlı çətinliklərin yarandığını qeyd edib. Onun sözlərinə görə, yeni metro stansiyalarının tikintisi ilə əlaqədar köçürmələr həddindən artıq çoxdur: “Metro tikintisi üçün boş yerlər yoxdur. Ona görə də istər-istəməz köçürmələr olmalıdır. Bununla əlaqədar insanlarla uzun müddət danışıqlar aparılır, işlər hətta məhkəmələrə düşür. Həmin insanlar birmənalı başa düşməlidir ki, tikilən metro cəmiyyət və respublikanın gələcəyi üçündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR