Çoxcildli “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi nəşr edilib

Çoxcildli “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi nəşr edilib
# 14 mart 2013 13:54 (UTC +04:00)

Bakı-APA. AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanan “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi nəfis bir şəkildə yenicə çapdan çıxıb. APA-nın məlumatına görə, topluya Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər və s. daxil edilib. Müəlliflər arasında Məhəmməd Hadi, Kantəmir, M.S.Kirmanşahlı, İbrahim Xəlil, Əli Nazim, Kazımoğlu (Seyid Hüseyn), Mustafa Quliyev, Abdulla Şaiq, Əli bəy Hüseynzadə, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa Quliyev, Əli Nazim, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Cabbar Əfəndizadə kimi tanınmış ədəbiyyat xadimləri ilə yanaşı az tanınan yazarlar da vardır. Bir sıra materiallar imzasız və ya gizli imza ilə verilib.

Seriyanın son cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid haqqında dərc olunmuş yazılar salınıb. Cavidin 100 illik yubileyi münasibətilə 1982-ci ildə başlanmış tədbirlər həmin il də davam etdirildiyindən, materialların əksəriyyəti yubiley xarakteri daşıyır. Abbas Zamanov, Qulu Xəlilov, Zahid Əkbərov, Fərman Xəlilov kimi cavidşünasların tədqiqatları ilə yanaşı, Məmmədəli Əsgərov, Şəmistan Mikayılovun araşdırmaları da maraq doğurur. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR