Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvarda 8% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvarda 8% artıb
# 25 fevral 2013 10:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artaraq 536,1 mln. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 64,8%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 407,4 mln. manatlıq və ya 7,1% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini 58 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR