Məleykə Abbaszadə: “Hesab edirəm ki, Təhsil Nazirliyi bizi müdafiə edəcək” - APA TV

Məleykə Abbaszadə: “Hesab edirəm ki, Təhsil Nazirliyi bizi müdafiə edəcək” - <span style="color: red;">APA TV
# 04 aprel 2013 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda təhsil siyasətini həyata keçirən bir qurum var və o da Təhsil Nazirliyidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə yalnız prezidentin tapşırığı əsasında orta məktəblərdə istifadə edilən dərsliklərin monitorinqini həyata keçirir”. APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bugün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, monitorinqin nəticələri daimi olaraq ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılır. TQDK sədri qeyd edib ki, bu vaxta kimi I, III və IV sinif dərsliklərinin monitorinqini başa çatdırılıb və rəylər Təhsil Nazirliyinə göndərilib: “II sinif dərsliklərinin monitorinqi isə bu həftə başa çatır və onun nəticələri gələn həftə Təhsil Nazirliyinə göndəriləcək. Təhsil Nazirliyi tərəfindən komissiyaya yalnız I və III dərslikləri ilə bağlı cavab verilib”.

M.Abbaszadə aparılan monitorinqlər nəticəsində dərslikləri tədrisdə uyğun hesab edilməyən müəlliflərin onların rəyləri ilə razılaşmaması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, monitorinqin nəticələri ilə bağlı dərslik müəlliflərinin obyektiv və ya subyektiv fikirləri ola bilər: “Riyaziyyat” ümumbəşəri elmdir və I, IV siniflərdə "Riyaziyyat"ın qanunları eynidir. Dərsliyin müəllifi bununla razı deyilsə, bu, onun öz problemidir. Doğma və dövlət dilimiz olan Azərbaycan dili ilə əlaqədar dərsliyin monitorinqi prosesində iştirak edən alimlər, mütəxəssislər bu iradları tuturlarsa, bircə müəllif bununla razı deyilsə, hesab edirəm ki, Təhsil Nazirliyi düzgün siyasət həyata keçirəcək. Təhsil Nazirliyi yalnız müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir. Ona görə də hesab edirəm ki, onlar bizi düzgün müdafiə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR