Bakıda restoranda atışma olub, iki nəfər güllələnib - YENİLƏNİB-1 - FOTO

Bakıda restoranda atışma olub, iki nəfər güllələnib - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">FOTO
# 05 fevral 2013 22:35 (UTC +04:00)



APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əraziyə polis qüvvələri cəlb edilib. Təhlükəsizlik məqsədi ilə restoran polis tərəfindən mühasirəyə alınıb.

Müxbirimizin öyrəndiyi məlumatlara görə, restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Hadisə yerində olan digər şəxslər zərər çəkməyib.

Məlumata görə, Aydın Məmmədzadə Bakının tanınmış və stajlı zərgərlərindən biridir. Onun oğlu Emin Məmmədzadə də hazırda zərgər kimi fəaliyyət göstərir.

***

00:41

Bakıda atışma olub. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib. Hadisə saat 00.00 radələrində paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında qeydə alınıb.

Adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib.

Onlar – 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadədir. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik açıqlanmır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR