Azərbaycanlı vokalçı Fransada konsert proqramı ilə çıxış edib - FOTO

Azərbaycanlı vokalçı Fransada konsert proqramı ilə çıxış edib - <span style="color: red;">FOTO
# 22 fevral 2013 15:33 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Azərbaycanlı vokalçı, Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Fransanın Kolmar şəhərində çıxış edib. Səfərdən qayıdan vokalçı APA-ya məlumatında bildirib ki, Kolmar şəhərində keçirilən konsert Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. Gecədə Azərbaycan xalq, estrada və klassik bəstəkarlarının musiqi və mahnıları böyük auditoriyaya təqdim edilib.

Elçin Şirinovun rəhbərlik etdiyi "Bənd" ansamblının müşayiət ilə baş tutan konsertdə Fikrət Əmirovun, Tofiq Quliyevin, Vaqif Mustafazadənin, Rafiq Babayevin, Elza İbrahimovanın əsərləri uğurla ifa olunub. Eyni zamanda məşhur ud və tar ifaçımız əməkdar artist Mircavad Cəfərov, əməkdar artist Teyyub Aslanov, caz ifaçısı Elçin Şirinov, balaban ustası Coşqun Sadıqov, sənətçi Diana Hacıyeva özünəməxsus ifaları ilə seçiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR