Əli Əkbər Salehi: “Bu gündən etibarən İrana qarşı sanksiyalar tədricən ləğv ediləcək”

Əli Əkbər Salehi: “Bu gündən etibarən İrana qarşı sanksiyalar tədricən ləğv ediləcək”
# 03 mart 2013 17:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran bütün beynəlxalq təzyiqləri geridə qoyub”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün iştirak etdiyi konfransda deyib.

O bildirib ki, bu gündən etibarən İrana qarşı sanksiyalar tədricən ləğv ediləcək: “Qərb dövlətləri İrana bundan artıq nə edə bilərdilər ki? Allaha şükürlər olsun ki, biz məharətlə bütün beynəlxalq təzyiqləri geridə qoymağa nail olmuşuq. Bununla bağlı elə addımlar atmışıq ki, düşmən artıq yorulub. İnanırıq ki, bu gündən başlayaraq ölkəmizə qarşı sanksiyalar daha da ağırlaşmayacaq və hətta bəlkə də sanksiyaların tədricən azalmasının şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR