Keniyada iri tonnajlı yük maşının izdihama çırpılması nəticəsində 11 nəfər ölüb, 20 nəfər isə ağır yaralanıb

Keniyada iri tonnajlı yük maşının izdihama çırpılması nəticəsində 11 nəfər ölüb, 20 nəfər isə ağır yaralanıb
# 26 yanvar 2013 22:08 (UTC +04:00)

Bakı-APA. Keniyada baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 11 nəfər həlak olub. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “France 24” telekanalı məlumat yayıb. Belə ki, Mombas dəniz limanında iri tonnajlı yük avtomobili idarəni itirərək bərəni gözləyən böyük izdihama çırpılıb.

“Faciə nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib. Hadisə yerindən 20 nəfər xəsarət almış vətəndaş isə xəstəxanalara aparılıb”, deyə “Qirmızı Xaç” təşkilatın yerli bölməsinin rəhbəri Mvanaişa Hamisi bildirib. Onun sözlərinə görə, yaralananların bir qismini yük maşınının altından xüsusi avadanlıqla çətinliklə çıxarmaq mümkün olub. Yaralananların çoxunun vəziyyəti ağırdır, ölənlərin sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR