“Facebook”da pullu xidmət tətbiq olunacaq - APA TV

“Facebook”da pullu xidmət tətbiq olunacaq - <span style="color: red;">APA TV
# 27 mart 2013 10:35 (UTC +04:00)

Bakı – APA. “Facebook” sosial şəbəkəsində artıq pullu xidmət tətbiq olunacaq. Yeni qaydalara əsasən dostluğumuzda olmayan insanlara mesaj ödəniş əsasında göndəriləcək. Özü də ödəniş yalnız kredit kartı vasitəsilə həyata keçiriləcək.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz APA TV-yə bu dəyişikliyin “Facebook” istifadəçilərinin sayına təsir etməyəcəyini bildirdi.

O bu dəyişikliyi “Facebook”un daxilində baş verən proseslərlə əlaqələndirdi. Osman Gündüz yeni sosial media xidmətlərinin yaranmasını da təsiredici amil kimi qeyd etdi.

Qeyd edək ki, dünyada “Facebook” istifadəçilərinin sayı 1 milyardı ötüb. Azərbaycanda bu sosial şəbəkəni seçənlərin sayı 1 milyondan çoxdur.

Azərbaycan “Facebook” istifadəçilərinə görə 213 ölkə arasında 87-ci yerdədir. Onların təqribən 80%-i 35 yaşa qədər olan insanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR