Zərdabda Gigiyena və Epidemiologiya Mərkəzində yanğın olub

Zərdabda Gigiyena və Epidemiologiya Mərkəzində yanğın olub
# 13 fevral 2013 07:14 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Ramiz Kərimov küçəsi-7 ünvanında yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində qeydə alınıb. Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 280 kvadratmetr olan binanın 20 kv.m içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Qalan hissə isə yanğından mühafizə olunub. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR