İranda zəlzələnin vurduğu ziyanın miqdarı açıqlanıb

İranda zəlzələnin vurduğu ziyanın miqdarı açıqlanıb
# 11 aprel 2013 03:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Buşəhr vilayətinin Dəşti mahalında baş vermiş zəlzələ ölkəyə vurduğu ziyan açıqlanıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Buşəhr vilayətinin valiliyindən dəyən ziyanın miqdarının 154 milyard tümən olduğu bildirilib.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüc və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüc şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 950 nəfər də yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlarında olan uşaqlardır. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR