Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən «Caspian Telecoms 2013» konfrans-sərgisində iştirak edib

Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən «Caspian Telecoms 2013» konfrans-sərgisində iştirak edib
# 22 aprel 2013 10:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbulda keçirilən «Caspian Telecoms 2013» ikigünlük regional konfrans-sərgidə iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, son illər ərzində tədbir davamlı şəkildə genişlənməklə Xəzər regionu, MDB ölkələri, Türkiyə və Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forum kimi tanınıb. Bu il «Caspian Telecoms»un işinə 35 ölkədən 400-dən çox nümayəndə qatılıb.

Konfrans çərçivəsində region ölkələrini təmsil edən nümayəndə heyətləri regional əməkdaşlıq və sosial-iqtisadi inkişafın aktual məsələlərini və potensial imkanlarını müzakirə ediblər. Tədbirin müzakirə və məruzələri rabitə siyasəti, perspektiv texnologiyalar və qabaqcıl texnologiyaların tətbiqi məsələlərini əhatə edib. Azərbaycan təmsilçiləri konfransda çıxış edərək təcrübələrini bölüşüb və ölkədə rabitə və informasiya texnologiyalarının inkişafı barədə söhbət açıblar.

Konfransa rabitə administrasiyalarının nümayəndələri ilə yanaşı avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə qurumları və beynəlxalq təşkilatların təmsilçiləri də qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR