Tehranın imamcüməsi: «Düşmənlərin İranda keçiriləcək prezident seçkilərinə qarşı məkrli planları iflasa uğrayıb»

Tehranın imamcüməsi: «Düşmənlərin İranda keçiriləcək prezident seçkilərinə qarşı məkrli planları iflasa uğrayıb»
# 16 mart 2013 14:54 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. «İranda keçiriləcək prezident seçkilərinin qarşısını almaq və gərginlik yaratmaq istəyən düşmənlərin məkrli planları iflasa uğrayıb». APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Tehranın imamcüməsi, ayətullah Əhməd Cənnəti deyib.

O bildirib ki, güc sahibi olan müxtəlif dövlətlər İran xalqı arasında mənfi təbliğat işi aparmaqla prezident seçkilərinin keçirilməsinə problemlər yaratmağa çalışır: «Lakin xalqımız həmişə olduğu kimi, budəfəki seçkilərdə əzəmətli iştirakı ilə düşmənlərin bütün fitnəkar planlarını puça çıxaracaq. Əgər İranda seçkilər azad şəkildə keçirilməsəydi, hazırda İran dini demokratiya zəminində digər xalqlar üçün ən yaxşı örnək olmazdı. Xalqımız növbəti seçkilərin keçiriləcəyi müddətdə təhlükəsizliyin və asayişin təmin olunmasını, stabil atmosferdə öz seçdiyi namizədə səs vermək istəyir».

Ayətullah Ə.Cənnəti tövsiyə edib ki, Qərb ölkələri İrana qarşı məhdudiyyət və təzyiq tətbiq etməkdənsə, Tehranın nüvə hüququnu rəsmən tanısınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR