İqtisadi inkişaf naziri Şahin Mustafayev Şirvanda vətəndaşları qəbul edəcək

İqtisadi inkişaf naziri Şahin Mustafayev Şirvanda vətəndaşları qəbul edəcək
# 12 aprel 2013 14:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 20-də Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti qəbulu Şirvan şəhərində keçiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, saat 10:00-dan etibarən Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində (Gülbala Şıxbalaoğlu küçəsi, 14) təşkil olunacaq qəbulda Ş.Mustafayev Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Aran regional bölməsi (Elbrus Hüseynov, əlaqə telefonu: (02233) 6-73-10, (055) 206-88-52, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR