Bakıda NATO ilə əməkdaşlıq çərçivəsində konfrans keçiriləcək

Bakıda NATO ilə əməkdaşlıq çərçivəsində konfrans keçiriləcək
# 04 aprel 2013 11:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. NATO ilə əməkdaşlıq çərçivəsində bu il may ayının 22-23-də Bakıda konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim məlumat verib.

“Müasir dövrdə meydana gələn çağırışlar” mövzusunda keçiriləcək konfransda kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələlər müzakirə olunacaq.

X. İbrahimin sözlərinə görə, konfransda NATO-nun yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR