Əbülfəs Qarayev Səudiyyə Ərəbistana gedib

Əbülfəs Qarayev Səudiyyə Ərəbistana gedib
# 13 mart 2013 09:06 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistana səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Səudiyyə Ərəbistan Krallığı Mədəniyyət və informasiya naziri Əbdüləziz bin Muhyiddin Xuca ilə görüşü nəzərdə tutulur. Görüş zamanı iki ölkə arasındakı əlaqələrin və turizm sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi planlaşdırılır. Bununla əlaqədar olaraq, turizm sahəsində iki ölkə arasında əməkdaşlığın davamlı inkişafının təmin edilməsi məqsədi ilə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Səudiyyə ərəbistan Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşm Memorandumu"nun imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR