“Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığın gücləndirilməsi” mövzusunda forum keçirilib - FOTOSESSİYA

“Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığın gücləndirilməsi” mövzusunda forum keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 mart 2013 08:02 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. QHT Əməkdaşlıq Alyansı Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tərəfdaşlığı ilə “Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığın gücləndirilməsi” mövzusunda Forum keçirib.

APA-nın məlumatına görə, tədbirin açılışında Şuranın sədri Azay Quliyev bildirib ki, yerli QHT-lərin beynəlxalq QHT-lərlə əməkdaşlığı bu gün çox aktualdır. Bu əməkdaşlıq beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Eyni zamanda A. Quliyev deyib ki, bu əməkdaşlıq qarşılıqlı faydalılığa yönəlməli və səmimiyyətə söykənməlidir: “Bəzi beynəlxalq QHT-lər var ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, qeyri-obyektivliyə söykənən hesabatlar yayır”. Şura sədri vurğulayıb ki, yerli QHT-lər öz potensialının artırılması üçün resurslardan lazımı səviyyədə istifadə etməlidir.

Forumda çıxış edən QHT nümayəndələri beynəlxalq təşkilatların insan haqları, fundamental azadlıqlar barədə hər il yaydığı hesabatları müzakirəyə çıxarıb, ölkədə proseslərin obyektiv qiymətləndirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad edilməsinin vacibliyi vurğulanıb.

Sonda növbəti addımların müəyyənləşdirilməsi üçün bəyannamə qəbul olunub.

Qeyd edək ki, forumda beynəlxalq təşkilatların və səfirliklərin nümayəndəsi, Milli Məclisin deputatı, aparıcı media orqanlarının rəhbərləri və onlarla vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR