Lavrov: «Suriya münaqişəsində qalib olmayacaq»

Lavrov: «Suriya münaqişəsində qalib olmayacaq»
# 11 aprel 2013 00:38 (UTC +04:00)

Bakı-APA. Rusiya xarici işlən naziri Sergey Lavrov Suriyadakı münaqişədə qalibin olmayacağına əmin olduğunu bildirib.

«Biz çoxdandır Suriyadakı vəziyyəti sakitləşdirməklə məşğuluq. Amma bir balaca ümid işartısı görünən kimi kimsə o dəqiqə ümidi qırmaq və vəziyyətin yenidən «qələbəyədək müharibə»yə doğru itələyir. O zaman qalib olmayacaq. Bu kimə sərf edir, bilmirəm. Çoxlarına sərf eləyə bilər. Məsələn, bölgədə daha az böyük və nüfuzlu ölkə görmək istəyənlərə.», deyə RTVi kanalına müsahibəsində bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR