APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məlumat verib. Onun sözlərinə görə, yaralıların Azərbaycan ərazisindən daşınması tibbi evakuasiya müddətini iki saat azaltmağa imkan verir.
Elnur Aslanov qeyd edib ki, NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin yüklərinin daşınmasında tranzit ölkə rolunu oynayan Azərbaycan hərbi alyansla aktiv əməkdaşlıq edir: “Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır. NATO Əfqanıstandan sülhməramlı kontingenti tam çıxardıqdan sonra da Azərbaycan Əfqanıstanın dövlət strukturlarının möhkəmləndirilməsi və yenidən qurulması prosesində aktiv iştirakını davam etdirəcək”.