Azərbaycan yığması Avropadakı rekordunu təkrarlayıb

Azərbaycan yığması Avropadakı rekordunu təkrarlayıb
# 28 mart 2013 08:32 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarındakı rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Avro-2014-ün seçmə mərhələsində Norveçə 6 cavabsız qol vuran komandamız qitə miqyaslı yarışda ən böyük hesablı qələbələrindən birini əldə edib. Belə ki, bu yarışlarda yığmamız 6 topdan böyük fərqlə qələbə qazanmayıb.

Millimiz 13 il əvvəl Macarıstanda keçirilən seçmə mərhələ oyununda Litvanı 8:2 hesabı ilə məğlub etmişdi. Bu dəfə Slovakiyada şou göstərən yığmamız 6 top fərqi ilə qələbə rekordunu təkrarladı.

Qeyd edək ki, yığmamız dünya çempionatlarının seçmə mərhələlərindəki rekordu daha böyük hesabla olub. Komandamız 5 il əvvəl Ermənistanı 8 top fərqi ilə darmadağın etmişdi – 9:1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR